Gömrük daxilolmaları 3 dəfə necə artıb? - Araşdırma

15:10 - 20 İyul
    3495 oxunma

Ölkə başçısının sədrliyi ilə Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasda gömrük daxilolmalarından da söz açılıb.  İclasda iştirak edən Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev bu ilin 6 ayı ərzində 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə daxilolmalarda 3 dəfədən çox artım var. 

Lakin iqtisadçı Rövşən Ağayev özünün sosial şəbəkə səhifəsində bu artımın gömrükdəki şəffaflaşma hesabına deyil, əsas etibarilə manatın devalvasiyası nəticəsində əldə olunduğunu yazıb: "Sədr deyib ki, bu ilin 6 ayında idxalın dəyər ifadəsində həcmi 2015-ci ilin ilk yarısı ilə təxminən eyndir - 4.9 mlrd. dollara yaxın. Amma əlavə edib ki, o zaman gömrük daxilolmaları 700 mln. manat idisə, hazırda təxminən 2 mlrd. manatdır. Yəni 3 dəfədən bir qədər az artım var.

Artım göz qabağındadır, amma bu artımı bütünlüklə gömrükdəki şəffaflaşmanın ayağına yazmaq doğru deyil. Çünki 2015-ci ilin 6 ayı üzrə manatın dollar qarşısında məzənnəsi 0.97 manat təşkil etdiyi halda, bu ilin eyni dövründə 1.7 manat olub. Yəni 2015-ci ildə vergiyə cəlb olunan dövriyyə 4.5 mlrd. manat (4.7 mlrd. USD), bu il isə 8.3 mlrd. manat (4.9 mlrd. USD) olub. Göründüyü kimi, təkcə məzənnə hesabına vergitutulan dövriyyədə 1.9 dəfə artım var. Yəni bu artımda gömrük orqanlarının hər hansı rolu yoxdur. 2015-ci ildə vergi daxilolmlalarının idxalın dəyərində payı 16%, bu il isə 24% olub.

Əgər 2015-ci ilin vergitutma əmsalı (təxminən 16%) qalmış olsa idi, hazırda gömrük 1.3 mlrd. manat yığımış olardı. Yəni məzənnə hesabına büdcənin ekstra qazancları nəzərə alınmasa, sırf gömrükdəki şəffaflaşmalar hesabına yığımların 3 dəfə yox, təxminən 50% genişlənməsi haqda danışmaq olar. Əlbəttə az artım deyil, amma qiymətləndirmə obyektiv olmalıdır - 3 dəfə artım göstəricisinin hamısını qurumun ayağına yazmaq doğru deyil.

Hələ onu da əlavə edim ki, aksizlərin timsalında gömrük vergi yükündə kəskin artım olub. Daxilolamaların artımında vergi yükünün ağırlaşamasının təsirini neytrallaşdırıb, sonra gümrüyün şəffaflaşdırma səylərinin yekun qiymətləndirilməsi aparılsa, daha ədalətli nəticələr görünər...” (azpolitika.info)

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi

Şərhlər



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84