. .

Gültəkin Hacıbəylinin oğlunun ölkədən çıxışına icazə verildi

15:34 - 12 Mart
    5640 oxunma

Sabiq deputat, Milli Şuranın üzvü Gültəkin Hacıbəylinin oğlu Toğrul Mehdinin ölkədən çıxışına icazə verilib. Bu barədə G.Hacıbəyli özü məlumat paylaşıb. O bildirib ki, dünən Bakı Apellyasiya Məhkəməsində Almaniyada Universitetə daxil olmuş oğlunun ölkədən çıxışına icazə verilməsilə bağlı şikayətinə baxılıb. 

Məhkəmə G.Hacıbəylinin şikayətini təmin edib və 17 yaşlı oğlu Toğrulun Almaniyada təhsil alması üçün ölkədən çıxışına icazə verilib.

Toğrul Mehdinin atası Mahmud Mehdiyev bir neçə il əvvəl Dövlət Sərhəd Xidmətinə ərizə ilə müraciət edərək onun ölkədən çıxışına icazə məqsədilə anasına verdiyi etibarnaməni ləğv etdirib.

G.Hacıbəyli və M.Mehdiyev 2003-cü ildə boşanıblar.

Bizimxeber.az

DAHA TEZ MƏLUMATLANMAQ ÜÇÜN FACEBOOK SƏHİFƏMİZİ



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84