Gültəkin Hacıbəyli: "Karantinə görə insanların dolanışığı çətinləşir, bu da bizə sərf edir" — VİDEO

18:49 - 04 Avqust
    3685 oxunma

AXCP və "Milli Şura"nın daha bir qalmaqallı videosu yayılıb. Bizimxeber.az xəbər verir ki, görüntülərdə Gültəkin Hacıbəyli xalqın sosial vəziyyətinin pisləşməsinin onların xeyrinə olduğunu deyib: "Karantinə görə insanların narahatlığı artır, pulu, yeməyi azalır, dolanışığı çətinləşir, bu da açığı birmənalı olaraq bizə sərf edir. Evində oturan insanların etirazı artır, işləməyən, pulu azalan adamların, etirazı artır, kimsə yemək almaqda çətinlik çəkir, xalqın güzəranı pisləşir və s., buna sevinmək lazımdı.

Biz maraqlı olmalıyıq ki, xəstəlik tez çəkilməsin, karantin bir az da uzansın, bizim də əlimizə imkan versin ki, bunların yaxasına çökək, hay küy salaq ki, pul paylayın, əl çəkməyək və beləliklə də təbliğatımızı davam etdirək. Ona görə də heç narahat olmayın, karantinin uzanması birmənalı olaraq bizim xeyrimizədi".

Özünü müxalifət adlandıran, guya xalqın gələcəyini düşünən Milli Şuraçıların cılızlığı, miskinliyi, xalqa düşmən münasibəti bu videodan tam aydın görünür. Bunlar öz məqsədlərinə çatmaq üçün xalqın ən ağır duruma düşməsinə də razıdırlar. Koronavirusu az qala bayram edirlər, insan ölümünə, iqtisadiyyatın geriləməsinə, vətəndaşlarımızın maddi təminatının aşağı düşməsinə sevinirlər. 
Belə öz xalqına düşmən gözü ilə baxan müxalifət ən ciddi qınağa layiqdir. 

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi

Şərhlər



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84