.
.

Güləşçimiz erməniyə qalib gəlib medal qazandı

00:07 - 28 Fevral
    32320 oxunma

Sərbəst güləşçilərimiz Ukraynanın paytaxtı Kiyevdə ölkənin məşhur güləşçilərinin və məşqçilərinin xatirəsinə keçirilən yarışda uğurla çıxış edirlər.  Bizimxeber.az Azərbaycan Güləş Federasiyasına (AGF) istinadən xəbər verir ki, 65 kq-da mübarizə aparan idmançımız Turan Bayramov Ukrayna təmsilçisi Erik Aruşanyanla üz-üzə gəlib.

Erməni əsilli rəqibini 3:0 hesabı ilə məğlub edən Bayramov bürünc medal qazanıb.

Qeyd edək ki, Turan Bayramov 1/16 finalda meydan sahiblərinin digər erməni əsilli güləşçisi Qor Ohannesyana qalib gəlib. Qadınların mübarizəsində isə Türkan Nəsirova moldovalı Mariana Draqutana (Moldova) 12:4 hesabı ilə qalib gələrək, fəxri kürsünün 3-cü pilləsinə yüksəlib.

Bizimxeber.az

DAHA TEZ MƏLUMATLANMAQ ÜÇÜN FACEBOOK SƏHİFƏMİZİ



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84