Girovlar azad edildi
-
10560 oxunma

Nigeriya sahillərində dəniz quldurlarının hücumuna məruz qalan "Mozart" gəmisində girov götürülən 15 türk əsilli dənizçi xilas edilib.
Bununla bağlı Türkiyə mətbuatı məlumat yayıb.
Belə ki, yanvarın 23-də təşkil edilən hücumdan sonra bu gün heyət barədə xoş xəbər gəldi. 15 dənizçi dəniz quldurlarının əlindən heç bir zərər görmədən xilas olunub. Onların vəziyyətinin yaxşı olduğu və 2-3 gün ərzində İstanbula gətiriləcəkləri bildirilir.
Xatırladaq ki, Qvineya körfəzində “Mozart” konteyner gəmisinə hücum zamanı gəmiyə daxil olan quldurlar 2-ci mühəndis, azərbaycanlı Fərman İsmayılovu qətlə yetirib, 15 nəfər Türkiyə vətəndaşını isə qaçırmışdı.
Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmiziHaqqımızda
“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev
Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp - (077) 611-44-00; (050) 514-27-84