“General mayor Polad Həşimovla bərabər bir əsgər də şəhid verdik” – ELDAR SABİROĞLU

12:36 - 14 İyul
    4235 oxunma

“Bu günkü döyüşlərdə artıq iki şəhidimiz var. General mayor Polad Həşimovla bərabər bir əsgər də şəhid verdik”

Bizimxeber.az "hürriyyət"ə istinadən xəbər verir ki, bunu Müdafiə Nazirliyi mətbuat xidmətinin sabiq rəisi Eldar Sabiroğlu facebook səhifəsində paylaşıb:

“Düşmənin hədəflərimizə artilleriya atəşləri yenidən geniş xarakter alır. Tovuz rayonunun Ağdam və Dondar Quşçu kəndləri gecədən başlayaraq erməni birləşmələri tərəfindən atəşə tutulmuşdur. Əlibəyli kəndində də hərbi vəziyyət mürəkkəb şəkil almaqdadır.

Bu günkü döyüşlərdə artıq iki şəhidimiz var. General mayor Polad Həşimovla bərabər bir əsgər də şəhid verdik. Düşmən itkisi barədə apardığım araşdırmalar hələlik konkret fakt əsasında fikir yürütmək imkanı vermir.

Döyüşlərin getdikcə ciddi şəkil aldığını inkar etmək çətindir. Bütün hallarda yenə də informasiya resurslarımızı təmkinli olmağa, dəqiqləşdirilməmiş məlumat və xəbərlərin yayılmasına yol verməməyə çağırıram”.

Qeyd edək ki, Ermənistan silahlı qüvvələrinin bölmələri iyulun 14-ü səhər saatlarından başlayaraq Tovuz rayonunun Ağdam və Əlibəyli kəndlərini iriçaplı silahlardan və artilleriya qurğularından atəşə tutub.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi




Şərhlər



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC

Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev
 
  Bizimxeber_az@mail.ru 
  adil-1980@mail.ru

  Mobil və Whatsapp  -  (077) 611-44-00
                                        (050) 514-27-84