General-mayor: “Hazırda bütün cəbhəboyu ordumuzun nəzarəti altındadır”

16:30 - 19 Oktyabr
    1050 oxunma

“Ermənistan öz qoşunlarını yenidən toplamağa və işğal edilmiş əraziləri yenidən işğal etməyə çalışır. İkinci dəfə əldə olunan humanitar razılaşmadan sonra oktyabrın 18-i gecə saatlarından başlayaraq Ermənistan tərəfi Cəbrayıl, Hadrut və digər istiqamətlərdə Azərbaycan ordusunun mövqelərinə hücum edib”.

Bunu Azərbaycan Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi, general-mayor Hüseyn Mahmudov deyib.

Onun sözlərinə görə, Ermənistanın hücum cəhdləri olduqca çox olub: “Onlar təkrarən işğaldan azad edilən ərazilərimizi yenidən işğal etmək istəyib. Bunun üçün raketlərdən, ağır artilleriyadan və aviasiyadan istifadə edib. Lakin Azərbaycan ordusu bu cəhdlərin qarşısını aldı və düşmənin “SU-25” təyyarəsini məhv edib. Hazırda bütün cəbhəboyu ordumuzun nəzarəti altındadır.

Ermənistan bütün qanunları və konvensiyaları kobud şəkildə pozur. Azərbaycanın əks-hücumları zamanı məhv edilən erməni tərəfinin hərbi texnikalarının sayı düşmənin işğal olunmuş ərazilərində hansı dərəcədə hərbiləşməsini göstərdi”.

Bizimxeber.az

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi
Loading...



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84