“Gəncəyə raket hücumunun arxasında Ermənistan rəhbərliyi dayanır” - Almaniyalı ekspert

22:46 - 11 Oktyabr
    1280 oxunma

Almaniyalı raket mütəxəssisi Fabian Hints Gəncədə raket qəzası yerindən görüntüləri Almaniyanın “Bild” nəşrinə şərh edib. Bizimxeber.az vestikavkaza.ru-ya istinadən xəbər verir ki, ekspert hücumun Ermənistan tərəfindən ballistik raket vasitəsilə edildiyini və bu hücumun arxasında Ermənistan rəhbərliyinin dayandığını bildirib: “Hücum, demək olar ki, ballistik raketlə edilib. Gəncə Ermənistanın reaktiv artilleriyası üçün əlçatan yerdə yerləşir. Ancaq zərər o qədər böyükdür ki, hansısa böyük kalibrli bir silahdan istifadə etmək lazım olub”.

Hints bildirib ki, şəhər cəbhə xəttindən 60 kilometrdən çox uzaqlıqda yerləşir və hücum təsadüfən ola bilməz: “Ermənilərin dinc sakinlərə təsadüfən, yoxsa qəsdən hücum etdiklərini dəqiq müəyyənləşdirmək mümkün deyil. Ancaq ümumiyyətlə, ballistik raketlər o qədər böyük dağıdıcı gücə malikdir və çox vaxt qeyri-müəyyən, etibarsız olurlar ki, onların hətta əhalinin sıx yaşadığı ərazilərdəki hərbi hədəflərə qarşı istifadəsi qadağandır” .

İllərlə İranın raket proqramını tədqiq edən ekspert Gəncəyə hücum zamanı ya “Skad”, ya da “Toçka” raketlərindən istifadə olunduğunu hesab edir və Ermənistanın arsenalında digər raket növlərinin də olduğuna inanır.

Xatırladaq ki, oktyabrın 10-da Moskvada 10 saatlıq görüşdən sonra Azərbaycan və Ermənistanın XİN rəhbərləri Ceyhun Bayramovla Zohrab Mnatsakanyan arasında humanitar atəşkəslə bağlı sənəd imzalanıb. Lakin elə humanitar atəşkəsin başladığı saatdan Ermənistan silahlı qüvvələri Azərbaycanın sərhədyanı ərazilərinə, bu gün gecədən isə Gəncə və Mingəçevirə hücumlar edib.

Bizimxeber.az

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi
Loading...



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84