"Gəncədə evləri dağılan sakinlər yeni mənzillə təmin ediləcək" - İcra başçısı

17:49 - 12 Oktyabr
    1670 oxunma

“Gəncəyə ermənilərin raket atması nəticəsində evləri dağılan insanlar hamısı kirayə evlərə yerləşdirilib. Onlara yeni mənzillər tikilib veriləcək”. Bunu Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Gəncədə jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, həmin insanlar yaxşı şəraitli mənzillərlə təmin olunacaqlar: “Ölkə Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva hər zaman insanların yanındadır. Daim burada zərərçəkənlər barəsində maraqlanırlar”.

Bizimxeber.az

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi
Loading...



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84