Gəncə terrorunda çəkilən şəkil “İlin fotosu” seçildi

16:51 - 26 Dekabr
    1420 oxunma

TRT-nin baş direktoru İbrahim Eren Anadolu Agentliyi (AA) tərəfindən təşkil edilən "İlin fotosu” səsverməsinə qatılıb.

Jurnalistlər və fotomüxbirlər tərəfindən ölkə daxilində və xaricdə çəkilən şəkilləri incələyib. Xəbər kateqoriyasında Onur Çoban tərəfindən çəkilən "Gəncədə bacısı qızına vida” başlıqlı fotonu qalib seçib.

Qeyd edək ki, fotoda 17 oktyabrda Gəncə terrorunda 10 aylıq bacısı qızı Narini itirən və onun kəfənə bükülmüş cəsədini qucağında saxlayan Teymur Əsgərov yer alıb.

Xatırladaq ki, sözügedən şəkil AA-nın oktyabr ayı üçün keçirilən sorğusunda "ayın fotosu” seçilmişdi.

Bizimxeber.az



Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84