“Gəmidə qalan 3 vətəndaşımız bu gün qayıdır”

13:09 - 29 Yanvar
    7080 oxunma

“Gəmilərə hücumların qarşısını almaq üçün nələrin ediləcəyini müzakirə edəcəyik”. 

Bunu Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlu iranlı həmkarı Məhəmməd Cavad Zəriflə birgə keçirdiyi mətbuat konfransında deyib. “Dünən xoş xəbərlər aldıq. Heyət və kapitan şirkət rəsmiləri ilə əlaqə saxladı. 15 qardaşın hamısının səhhətinin yaxşı olduğunu öyrəndik. İnşallah xoş xəbərlər alacağıq, bir müddət var, davam edir.

Gəmidə 3 heyət üzvümüz qalmışdı, yeni heyət göndərdik, dünən Librevilə çatdılar. Sözügedən 3 vətəndaşımız bu gün Türk Hava Yolları ilə Türkiyəyə qayıdacaq. Bildiyiniz kimi, bir azərbaycanlı qardaşımız hadisə nəticəsində həlak olmuşdu. Onun cənazəsi dünən Bakıya çatdırıldı”,- deyə Çavuşoğlu vurğulayıb.

Çavuşoğlu həmçinin qeyd edib ki, sözügedən bölgədə dəniz quldurlarının hücumlarının qarşısının alınması yolları müzakirə ediləcək.

“Prezidentimizin tapşırığı ilə işçi qrupu yaratdıq. Bu bölgədə quldurların gəmilərə hücumları ilk deyil, sonuncusu olmayacaq ... Gəmilərə hücumların qarşısını almaq üçün nələrin ediləcəyini müzakirə edəcəyik”.

Xatırladaq ki, yanvarın 23-də Qvineya körfəzində “Mozart” konteyner gəmisi nigeriyalı dəniz quldurları tərəfindən ələ keçirilib. Gəmiyə daxil olan quldurlar 2-ci mühəndis, azərbaycanlı Fərman İsmayılovu qətlə yetirib, 15 nəfər Türkiyə vətəndaşını isə qaçırıb.

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84