Gədəbəydə Ramiz Mehdiyev nümunəsi- 150 nəfər vəzifəli təmtaraqlı ad gününə yığışıb

17:27 - 28 Avqust
    3520 oxunma

Ölkə gündəmi Ramiz Mehdiyevin nəvəsinin toy məclisi ilə bağlı baş verənlərlə çalxalanarkən, redaksiyanın elektron ünvanına Gədəbəy rayonundan məmurların karantin qaydalarını pozduğuna aid daha bir diqqətçəkici məlumat daxil olub.

Bizimxeber.az daxil olan məlumata görə, bu dəfə qanunu pozanlar Ədliyyə Nazirliyinin və Gədəbəy rayonunun yüksək vəzifəliləri olub.

İcra başçısı özünə müavin təyin etdi

Məlumatda deyilir ki, 18 avqust 2020-ci il tarixdə Xaçmaz cəza çəkmə müəssisənin rəisi polkovnik Azər Firuddin oğlu İbrahimov rayonun Slavyanka kəndində yerləşən "Meh" istirahət mərkəzində 150 nəfərdən artıq adamın iştirakı ilə özünə təmtaraqlı ad günü keçirıb.

Ad günündə ədliyyə generalı Məhərrəm Qafarov, regional Xəzinə İdarəsini rəisi Namiq Məmmədov, rayonun hüquq muhafizə orqanlarının bir sıra əməkdaşları iştirak ediblər. Bu barədə  rayonda xeyli adam məlumatlıdır.

İnanırıq ki, Ədliyyə Nazirliyi və aidiyyəti orqanlar bu tədbirin təşkilatçıları, iştirakçiları və bu qanunsuzluğa şərait yaradanlar barədə tədbir görəcəklər.

Bizimxeber.az

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi

Şərhlər



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84