Güclü külək Şəmkirdə fəsadlar törədib

13:00 - 29 İyul
    4905 oxunma

Şəmkirdə güclü küləkl fəsadlar törədib.

Məlumata görə, ötən gecə Şəmkir rayonu ərazisində güclü küləklə müşahidə olunan leysan yağıb. Nəticədə bəzi yaşayış məntəqələrində təsərrüfata ciddi ziyan dəyib. Təbii fəlakətdən ən çox zərər çəkən rayonun Səbət Bazarı, Qaracəmirli, Qapanlı, Yeniabad və Təzəkənd kəndləridir. Belə ki, güclü külək adıçəkilən kəndlərdə ağacları aşırıb, elektrik və rabitə xətlərini qırıb, evlərin və bəzi tikililərin dam örtüyünü uçurub. Həmçinin istixanalar və meyvə-tərəvəz məhsulları yararsız hala düşüb. Bəzi kəndlərə elektrik enerjisinin verilişi dayandırılıb.

Hazırda Rayon İcra Hakimiyyətinin (RİH) əməkdaşları təbii fəlakətdən zərər çəkən kəndlərdə araşdırma aparır və əhaliyə dəymiş ziyanı hesablayır.

RİH-dən APA-ya bildirilib ki, ilkin hesablamalara görə, güclü külək rayonun 24 yaşayış məntəqəsində fəsadlar törədib. Bu istiqamətdə hesablamalar davam etdirilir.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi




Şərhlər



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC

Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev
 
  Bizimxeber_az@mail.ru 
  adil-1980@mail.ru

  Mobil və Whatsapp  -  (077) 611-44-00
                                        (050) 514-27-84