Gürcüstanın azərbaycandilli məktəbləri üçün təkliflər hazırlanıb

21:21 - 19 Mart
    316807 oxunma

Gürcüstanın Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyi distant təhsilin müxtəlif formaları üzərində iş aparır.

Bizimxeber.az “Report”un Gürcüstan bürosuna istinadən xəbər verir ki, ölkə məktəblərində tətilin müddəti yenidən uzadılarsa, bir neçə alternativ təhsil formaları tətbiq olunacaq.

Bu formalara teledərslər, müəllimlər üçün distant təlimlər və elektron resursların tətbiqi daxildir.

Nazirlikdən bildirilib ki, teledərslərin təşkil olunması ilə bağlı Birinci Kanalla danışıqlar aparılır.

Distant təhsillə bağlı təkliflər paketi bütün dövlət məktəblərinə göndərilib. Gürcüstanın qeyri-gürcü dilli məktəblərinə də Azərbaycan və erməni dillərində təkliflər təqdim olunub. Təkliflər paketində məktəblərin şagirdlərlə onlayn rejimdə istifadə edə biləcəkləri platforma və vasitələr əks olunub.

Qeyd edək ki, koronavirusla bağlı vəziyyətə görə Gürcüstanın bütün təhsil müəssisələrində aprelin 1-dək tətil elan olunub. Tətilin müddətinin aprelin 26-dək təkrar uzadılacağı gözlənilir.

Gürcüstanda 2 084 dövlət məktəbi var ki, onların da 120-si azərbaycandillidir. Regionlardakı bütün təhsil müəssisələri internetlə təchiz olunmadığından distant təhsili bütün məktəblərdə tətbiq etmək mümkün olmayacaq.




Şərhlər



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
 
  [email protected] 
  [email protected]

  Mobil və Whatsapp  -  (077) 611-44-00