. .

Füzuli və Ağdamın azadolma tarixləri də abunə kodlarında əks olunacaq    

14:00 - 09 İyun
    2083 oxunma


"Ağdam və Füzuli rayonlarında da qeyri-əhali qrupuna daxil olan abunəçi kodları bu rayonların işğaldan azad edilmə tarixinə uyğunlaşacaq”.

Bu barədə "Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Vaqif Mustafayev məlumat verib. 

V.Mustafayev bildirib ki, hazırda bununla bağlı işlər aparılır:"Bilirsiniz ki, Füzuli və Ağdam rayonlarının böyük bir hissəsi bizim nəzarətimizdə idi. Bu isə o deməkdir ki, mövcud abunə kodları var. 

Amma hazırda texniki işlər aparılır və tezliklə bu rayonların qeyri-əhali qrupundan istehlakçılarının abunə kodunda həmin rayonların işğaldan azad edilmə tarixi öz əksini tapacaq”.




Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84