Fuad Muradov Rövşən Rzayevlə şərikliyə son qoyub?

18:17 - 17 Avqust
    2210 oxunma

Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayevlə Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun Almaniyada şərikli restoran biznesi uğursuzluğa düçar olub.

Bizimxeber.az xəbər verir ki, iki komitə sədri yollarını ayırmalı olublar. Şərikliyə son qoyulması təşəbbüsü F.Muradovdan gəlib. O, Berlində “Karabakh” (“Qarabağ”) və Kölndə “Old Baku” (“qədim Bakı”) restoranlarının rentabelli işləmədiyini, alman müştərilərin maraq göstərmədiyini əsas gətirərək “Qaçqınkom” sədrilə ortaqlıqdan çıxıb.

F.Muradov R.Rzayevdən öz payını istəyərək biznesini fərqli müstəvidə qurmaq qərarına gəlib. Çünki almanlar restoran yeməklərinə çox aludə olmurlar. Onlar əsasən “fast food” yeməkləri ilə kifayətlənirlər. Həmin restoranların açılmasında isə hədəf həm avropalı müştərini cəlb etmək olub, həm də Almaniyada yaşayan azərbaycanlıların öz tədbirlərini, ziyafətlərini, müxtəlif mərasimlərini burada keçirmək…

Amma layihə iflas edib, diqqəti çəkməyib və bunu görən F.Muradov R.Rzayevdən öz səhmlərini alaraq vidalaşıb. Hazırda hər iki restoranın “Qaçqınkom” sədrinin nəzarətində olduğu bildirilir. Məlumata görə Diaspora Komitəsinin sədri isə Almaniyada açılan “Azərbaycan evləri” mərkəzlərində öz restoran biznesini qurmağa başlayıb. Azərbaycan hökumətinin maliyyə dəstəyi verdiyi bu layihə əslində xaricdəki soydaşlarımıza dəstək üçün nəzərdə tutulub.

Yəni, həm tədbirlər təşkil olunur, həm Azərbaycan haqda xaricilər məlumatlandırılır, həm soydaşlarımızdan kimsə toy-nişan, doğum günü keçirmək istəyəndə Almaniya şəhərlərində “Azərbaycan evləri”nə müraciət edir. Bu fürsəti dəyərləndirən F.Muradov həmin mərkəzlərdə restoran işini təşkil edib. Xəbərdə deyilir ki, bu praktikada Almaniyada çoxdan mövcuddur. Başqa ölkələrin diasporaları öz mərkəzlərini yaradırlar, restoranlar açırlar, milli mətbəxlərini turistlərə və yerli əhaliyə təqdim edirlər. Bu, avropalılara, eləcə də miqrantlara hansısa ölkənin milli mətbəxi ilə tanış olmaq üçün rahatlıq təmin edir. /Reportyor.info/

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi

Şərhlər



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84