FSB Şamil Basayevin dəstəsinin iki üzvünü həbs etdi
-
2070 oxunma

Çeçenistan Respublikasında Şamil Basayev və Xəttabın dəstəsinin 1999-cu ildə 15 rus əsgərini öldürdüyü iddia edilən iki üzvü həbs edilib. Bu barədə Rusiya FSB nümayəndələri məlumat veriblər. Saxlanılanların adları İdalov Aslanbek və İdalov Salambekdir.
İddiaya görə, onlar 4 oktyabr 1999-cu ildə Şamil Basayev və Xəttab ordusunun tərkibində Rusiya Müdafiə Nazirliyinin hərbi qulluqçularına qarşı Çervlennaya stansiyasında baş vermiş qanlı döyüşdə iştirak ediblər. Bu toqquşmada 15 rus əsgəri həyatını itirib, 28-i yaralanıb.
Rusiya həmin döyüşdə iştirak edən başqa şəxslərin axtarışını da davam etdirir. Nəzarətə alınan şəxslər "quldurluq”, "silahlı qiyam” və "hüquq-mühafizə orqanının əməkdaşının həyatına qəsd” maddələri ilə ittiham olunurlar.
Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmiziHaqqımızda
“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev
Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp - (077) 611-44-00; (050) 514-27-84