Fransanın ikinci böyük kilsəsi yandı - Notr Damdan bir il sonra (VİDEO)

13:26 - 18 İyul
    4865 oxunma

Fransanın Nantes şəhərində (Brittany) Fransanın ən böyük katedrallarından biri olan Müqəddəs Pyotr və Pavel katedralnda yanğın baş verib. 

Yanğın binanın üst qatında, yerli vaxtla saat 07:30-da (Bakı vaxtı ilə 09:30) başlayıb. Hadisə yerinə gələn fövqəladə hallar xidmətinin əməkdaşları yanğını tez bir zamanda lokallaşdıra biliblər. Hazırda 100-dən çox insan yanğını söndürməyə çalışır. Atlantik Luar İdarəsi yoldan keçənləri hadisə yerinə yaxınlaşmamağa çağırıb.

Xatırladaq ki, Fransanın əsas kilsəsi Notr-Dam 2019-cu ilin aprelində yanmışdı. Nant Katedralı Notr-Damdan altı metr alçaq və daha gəncdir - inşası XV əsrdə başlayıb və 457 il davam edib.

 

Alpər


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi

Şərhlər



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84