Fransanın "döyməli adamı" ibtidai sinif müəllimidir - VİDEO
-
3300 oxunma

Fransada yaşayan 35 yaşlı Sylvain Helaine bu ölkədə ən çox döymə etdirən adam kimi tanınır. Bizimxeber.az euronews-a istinadən xəbər verir ki, bu adamın gözləri və dili daxil olmaqla bədəninin hər yerində döymələri var.
Gecə klublarında və fərqli tədbirlərdə modellik edən Sylvainin əsl peşəsi ölkədə müzakirə mövzusu olub. Sylvain ibtidai sinif müəllimidir.
Şagirdlər və valideynlər Sylvaindən məktəb rəhbərliyinə şikayət ediblər. Fransadakı bir çox radio və televiziya kanalları onun barəsində verlişlər hazırlayıblar. Döymələrin onun üçün bir həyat fəlsəfəsi olduğunu deyən "döyməli adamı" bunun peşəsinə heç bir maneə olmadığını iddia edir. O, döymələri 460 saat ərzində vurdurduğunu, buna 57.000 avro xərclədiyini bildirib.
https://tr.euronews.com/embed/1237704
Haqqımızda
“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev
Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp - (077) 611-44-00; (050) 514-27-84