.
.

Fransada "AstraZeneca" ilə peyvəndlənən daha iki nəfər öldü

12:07 - 03 Aprel
    9280 oxunma


Fransada daha iki nəfər "AstraZeneca" peyvəndindən sonra dünyasını dəyişib.

Bizimxeber.az bildirir ki, bu barədə ölkənin dərman vasitələrinin təhlükəsizliyi üzrə Milli Agentliyinin (ANSM) saytı məlumat yayıb. 

Bildirilir ki, martın 19-dan 25-dək Fransada "AstraZeneca" peyvəndinin istifadəsindən sonra üç tromboz halı qeydə alınıb. İki xəstə isə vəfat edib. Peyvəndlənən insanların ölümünə səbəb dərin venaların atipik trombozu olub. Mütəxəssislərin fikrincə, xəstəlik qanda trombositlərin çatışmazlığı və ya koaqulyasiyanın pozulması ilə əlaqələndirilə bilər.

Bu günə kimi Fransada peyvənddən donra 12 tromboz hadisəsi qeydə alınıb. 4 nəfər ölüb.

"AstraZeneca" digər ölkələrdə də belə yan təsirlərə səbəb olub. Xüsusilə, COVİD-19 peyvəndindən sonra Almaniyada 13 yaşdan 63 yaşa qədər olan insanlarda trombozun baş verməsi halları qeydə alınıb. Onlardan üçü ölüb.

Həmçinin, preparatla peyvənddən sonra Gürcüstanda 27 yaşlı tibb bacısı dünyasını dəyişdi.

Peyvəndin tətbiqindən sonra iki ölüm Danimarkada qeydə alınıb. Bununla əlaqədar, AstraZeneca peyvəndinin tətbiqi Almaniya, Fransa, İtaliya, Hollandiya, Danimarka, Norveç, İspaniya və s.daxil olmaqla, 17 ölkədə dayandırılıb. 

Bizimxeber.az

DAHA TEZ MƏLUMATLANMAQ ÜÇÜN FACEBOOK SƏHİFƏMİZİ



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84