Fransa sizinlədir: Paris Ermənistana 80 milyon avro kredit ayırır

12:19 - 30 İyun
    1305 oxunma

Fransa prezidenti Emmanuel Makron Nikol Paşinyana dəstək sözləri və koronavirusa qarşı mübarizədə kömək göstərməyə hazır olması barədə məktub yazıb.

Bizimxeber.az “Sputnik Armenia”ya istinadən xəbər verir ki, Makron məktubda yazıb ki, Fransa və Ermənistan qarşısında sosial, səhiyyə, iqtisadiyyat sahələrində ciddi məsələlərin həlli müzakirəsi durur. Lakin böhran bu ölkələri sındırmamalıdır, əksinə, pandemiya virus və onun nəticələri ilə mübarizədə əməkdaşlıq üçün müstəsna imkan olmalıdır.

"Fransanın həmrəyliyinə və Ermənistana konkret yardım göstərməyə hazır olduğumu bildirmək istəyirəm. Fransa həm Aİ xətti ilə, həm də ikitərəfli formatda Sizinlə birlikdədir", - deyə Makron yazıb.

O bildirib ki, yaxın günlərdə Ermənistana yeni könüllü həkimlər komandası göndəriləcək və onlar artıq burada işləyən qrupu əvəzləyəcəklər.

İqtisadiyyata gəlincə, Paris Fransanın inkişaf agentliyi vasitəsilə Ermənistana 50-80 milyon avro kredit verilməsini nəzərdən keçirməyə hazırdır.

Makron ümidvar olduğunu bildirib ki, bu sınaqlardan çıxandan sonra ölkələr arasında dostluq əlaqələri daha da möhkəmlənəcəkdir.

 

Bizimxeber.az


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi




Şərhlər



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC

Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev
 
  Bizimxeber_az@mail.ru 
  adil-1980@mail.ru

  Mobil və Whatsapp  -  (077) 611-44-00
                                        (050) 514-27-84