Fransa informasiya resurslarına kiberhücumlar

11:49 - 26 Oktyabr
    1710 oxunma

Fransa Prezidenti Emmanuel Makronun İslam əleyhinə açıqlamaları və Məhəmməd peyğəmbərin karikaturalarının yenidən nəşr edilməsi fonunda bir sıra Fransa informasiya resurslarına kiberhücumlar olub.

Bu barədə “Anadolu” agentliyi Fransa hökumətinə istinadla xəbər yayıb. Hakerlər tərəfindən hücuma məruz qalan mənbələrin adları açıqlanmayıb. Yeri gəlmişkən, Qətər, Küveyt, Əlcəzair, Sudan, Fələstin və Mərakeş də daxil olmaqla dünyanın bir çox ölkəsində Fransa istehsalı olan məhsulları boykot etmək üçün kampaniyaya başlanıb. 

Bununla əlaqədar Fransa Xarici İşlər Nazirliyi müsəlman ölkələrindən bu aksiyanı dayandırmağı tələb edib.

Bizimxeber.az

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi
Loading...



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84