.
.

Fransa hökumətinin sözcüsü Ankarada olanları şərh etdi 

17:36 - 08 Aprel
    10760 oxunma

Fransa hökumətinin sözcüsü Qabriel Attal Avropa Komissiyasının rəhbəri Ursule fon der Lyayenin Ankarada görüşündəki stol insidentini özü üçün şok hesab edir.

Bizimxeber.az xarici KİV-lərə istinadən bildirir ki, "əgər mənə - Qabriel Attala sual versəydiniz ki, bu hadisəni necə şərh edirsən, mənim bir cavabım olardı - bu görüntülər dəhşətli idi və adamı şoka salır", deyə sözcü jurnalistlər üçün kerçirdiyi brifinqdə bildirib.

"Dediyim sözlər Fnsanın diplomatik bəyanatı deyil və güman edirəm ki, Fransa XİN-dən hansısa mövqey bildiriləcək" deyə Attal deyib : "Qadın və kişi bərabərliyi mənə görə, daha vacib məsələdir. Bir qadının siyasətdə yüksək vəzifə ala bilməsi daha böyük uğurdur".

Bu arada verilən məlumata görə,  Avropa Komissiyasının rəhbəri gələcəkdə beynəlxalq səfərlərdə belə hallardan qaçmaq üçün öz komandasına ciddi tapşırıqlar verib və tədbirlər görməyi tapşırıb.

DAHA TEZ MƏLUMATLANMAQ ÜÇÜN FACEBOOK SƏHİFƏMİZİ



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84