“Formula-1”: Azərbaycanda ləğv olundu, Türkiyədə bərpa edildi

19:45 - 25 Avqust
    2350 oxunma

“Formula-1”in builki yarış təqviminə Türkiyə Qran-Prisi əlavə olunub. “Formula-1”in saytı xəbər verir ki, 13-15 noyabrda İstanbul Park adlanan yarış yerində Türkiyə Qran-Prisi keçiriləcək. Bu, 2005-2011-ci illərdə Türkiyədə keçirilmiş yarışın bərpa olunması deməkdir.

Bəhreyndə isə iki Qran-Pri baş tutacaq.

Beləliklə, bundan sonra ilin sonunadək bu yarışlar Belçika (28-30 avqust), İtaliya (4-6 və 11-13 sentyabr), Rusiya (25-27 sentyabr), Almaniya (9-11 oktyabr), Portuqaliya (23-25 oktyabr), İtaliya (31 oktyabr – 1 noyabr), Türkiyə (13-15 noyabr), Bəhreyn (27-29 noyabr və 4-6 dekabr) və BƏƏ-də (11-13 dekabr) keçiriləcək.

Xatırladaq ki, bu il pandemiya səbəbindən Azərbaycan Qran-Prisi ləğv olunub.(oxu.az)

Bizimxeber.az

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi

Şərhlər



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84