.
.

Rusiyaya alma ixracı ilə bağlı məhdudiyyət ləğv edildi   

23:06 - 18 Dekabr
    6911 oxunma


Rusiya hökuməti Azərbaycandan alma idxalı ilə bağlı məhdudiyyəti aradan qaldırdı. Dekabrın 21-dən etibarən "TurAz” MMC, "Ran Fruit”, "Əsədov Vaqif” müəssisələri tərəfindən becərilən almaların idxalına icazə verilir. 

Bu icazənin Qida Təhlükəsizliyi Agentliyi tərəfindən təqdim olunmuş müvafiq fitosanitar nəzarətin artırılması, habelə monitorinqin nəticələrinə dair təqdim olunmuş məlumatlar əsasında verildiyi bildirilir.

Sadalanan müəssisələr bu il Avrasiya İqtisadi İttifaqı qaydalarına görə, karantini zəruri edən halların aşkarlanmadığı Şabran rayonunda fəaliyyət göstərirlər. 

Xatırladaq ki, bəzi ziyanverici həşəratların aşkarlanması səbəbindən dekabrın 10-dan Rusiyaya Azərbaycandan alma və pomidor idxalına qadağa qoyulmuşdu.

Bizimxeber.az




Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84