Firdovsi Umudov Qarabağda qəhrəman sərhədçilərə bayraq təqdim etdi - Fotolar

21:39 - 15 Noyabr
    970 oxunma

Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti, Dövlət Sərhəd Xidmətinin əməkdaşı, polkovnik-leytenant Firdovsi Umudov da hazırda ön cəbhədədir. Tanınmış mütəxəssis azad olunmuş torpaqlarımızda rəşadətli Azərbaycan sərhədçilərinə bayraq təqdim etdiyi fotoları sosial şəbəkə hesablarında paylaşıb.

Umudov sosial şəbəkədə bununla bağlı fikirlərini də açıqlayıb. Mütəxəssis tarixi qələbəmizdən söz açıb:

“Ali Baş Komandanın rəhbərliyi altında biz tarixi qələbə qazandıq. Məhz prezidentimizin rəhbərliyi ilə biz sərhədlərimizi bərpa edirik. Bizim uzun illərdir beynəxalq yarışlarda qaldırdığımız bayrağı Vətən müharibəsində qalib gəlmiş qardaşlarıma təqdim edirəm. Biz hamımız Azərbaycana xidmət edirik. Biz həmişə bütün şəhidlərimizi xatırlayacağıq. Yaralılarımıza isə tez bir zamanda sağalmalarını arzulayıram. Qarabağ bizimdir! Qarabağ - Azərbaycandır!".

Xatırladaq ki, Firdovsi Umudov RealTv-dəki müsahibəsində üzərində daşıdığı nümayiş etdirərək "Bu bayraq Qarabağ torpaqlarında dalğalandırılacaq" deyə vurğulamışdı.

"Qələbə çox şirin sözdü. Biz idmançılar beynəlxalq arenalarda qələbə qazanmağa öyrəşmişik. Amma döyüş meydanında, zəbt olunmuz əraziləri azad etmək tamam başqadır. Burada ölüm-qalımmübarizəsi gedir. Biz bütün cəbhələrdə qazanmağa hazırıq və bizim idmançılarda döyüşməyə hazırdılar.

Bu gün ölkəmizdə bütün insanların fikri Qarabağın azad olunması ilə bağlıdır. Bütün hər kəs bir ideya ətrafında birləşib. Haqq bizim tərəfdədir. İstəyirik ki, Qarabağda bizim bayrağımız dalğalansın.

Bu gün Azərbaycan 90-ların əvvəlində olan dövlət deyil. Bu gün bizim müdrik liderimiz var, İlham Əliyev kimi Ali Baş Komandanımız var. Xalq ona inanır.

Mən özüm Qazaxdanam. Bu, Ermənistanla sərhəd zonasıdır. 13-14 yaşım olanda mən öz üzərimdə müharibənin bütün faciələrini gördüm. Amma biz nə onda qorxurduq, nə də indi.

Azərbaycanlılar qəhrəman xalqdır. Ermənilər anlamırdılar ki, tez ya gec Qarabağda törətdiklərinə görə cavab verəcəklər?! Biz bütün komponentlərdə onlardan güclüyük. Və bu gün biz bunu sübut edirik. Biz öz torpaqlarımızı azad edəcəyik!" - deyə Firdovsi Umudov əminliklə həmin demişdi. Və 44 günlük müharibədən sonra Ermənistan kapitulyasiyaya qol çəkdi.

Firdovsi Umudovun hərbçilərə təqdim etdiyi həmin bayraq

 




Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi
Loading...



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84