Firdovsi Umudov iki gözünü itirən qazini ziyarət etdi - Video

16:27 - 02 Dekabr
    3420 oxunma

Dövlət Sərhəd Xidmətinin polkovnik-leytenantı, Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti Firdovsi Umudov cəbhədə minaya düşərək hər iki gözünü itirən qazi Amil Əliyevi ziyarət edib. Umudov Vətən müharibəsində, Qarabağın azadlığı uğrunda döyüşən qazimizə dəstəyini bildirib.

DSX polkovnik-leytenantı qələbədə payı olan hər bir hərbçimiz və əsgərimizlə fəxr etdiyini deyib: “Başda Ali Baş Komandan, Prezident İlham Əliyev olmaqla bütün hərbçilərimiz, əsgərlərimiz, könüllülərimiz sağ olsunlar. Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa versin. Yaralılarımız tez sağalsınlar. Hər bir Azərbaycan vətəndaşı ölkə başçısının ətrafında bir oldu və nəticədə böyük qələbə əldə etdik.

Hamımız sizinlə fəxr edirik. Sizin kimi qəhrəman övladlarımızın sayəsində bu gün  Qarabağımız bizdədir. Torpaqlarımızı azad etdik, suverenliyimiz tam oldu, Azərbaycan bütövləşdi. Bütün şəhid valideynlərinin, qazi valideynlərinin qarşısında baş əyirəm. Mən təlimlərdə olanda gördüm ki, bütün əsgərlərimizdə ruh yüksəkliyi var, hər kəs Ali Baş Komandanın istənilən əmrinə hər an hazırdır. Hərbçilərimiz, əgərlərimiz bir əlində bayraq, bir əlində silah döyüşə yollanırdı”.

Firdovsi Umudov bildirib ki, bütün dünya Azərbaycanın apardığı döyüş taktikasından danışıb: “Hamı təəccüblənir ki, Azərbaycan necə döyüş apardı? Hər zaman var olun, hər zaman sizin yanınızdayıq. Bu bizim borcumuzdur. Fəxr edirik və qüruru hiss keçiririk. Gülə-gülə qələbə qazanmaq hər  ordunun işi deyil”.



Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84