Firdovsi Umudov federasiyanın iclaslarına niyə dəvət edilmir?

13:35 - 29 Dekabr
    1750 oxunma

Azərbaycan Güləş Federasiyasının prezident əvəzi Namiq Əliyevin rəhbərliyi ilə iclas keçirilib. İclasda yığma komandaların baş məşqçiləri iştirak edib və qarşıdakı planlar müzakirə edilib.

Maraqlıdır ki, federasiya rəhbərliyi həmin iclasa qurumun vitse-prezidenti Firdovsi Umudovu yenə dəvət etməyib. 

Artıq ikinci dəfə bu cür hadisə baş verir. Belə ki, bir müddət öncə milli komandaya baş məşqçi təyin olunması ilə bağlı baş tutan təqdimat toplantısına da F.Umudov dəvət olunmamışdı.

Hər iki toplantıda həm federasiyanın rəhbəri, həm baş katib, həm də qrumun digər məsul şəxsləri iştirak ediblər.

Azərbaycan güləş yığmasında kifayət qədər uğurlar qazanan mütəxəssis  və hazırda güləş federasiyasında vitse-prezident olan Umudovun tədbirə dəvət almaması suallar ortaya çıxarıb.

Azərbaycan  Güləş Federasiyası məsələ ilə bağlı belə açıqlama verib: “Bu iclasda vitse-prezidentlərin iştirakı nəzərdə tutulmamışdı. Sadəcə həmin vaxt digər vitse-prezident Elçin Cəfərov federasiyada olduğu üçün tədbirə qatıldı”.

Firdovsi Umudov məsələ barədə heç bir açıqlama vermək istəmədiyini, iclasdan xəbərsiz olduğunu və gələcəkdə bu haqda geniş danışacağını bildirdi: “Mənə bu tədbirlər barədə heç bir məlumat verilməyib”.

Bizimxeber.az





Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84