. .

Filip Riker Bakıdan İrəvana getdi

14:05 - 10 İyun
    898 oxunma


ABŞ dövlət katibinin Avropa və Avrasiya işləri üzrə köməkçisi vəzifələrini icra edən Filip Riker Ermənistana səfər edib. 

“Sputnik Ermənistan” xəbər verir ki, o, ölkənin müvəqqəti Baş naziri Nikol Paşinyanla görüşüb. Tərəflər regional və ikitərəfli gündəliyin bir sıra məsələlərini, xüsusən Qarabağ münaqişəsini müzakirə ediblər.

Qeyd edək ki, F. Riker 8-9 iyun tarixlərində Bakıda səfərdə olub.




Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84