FİFA-dan yeni qərarlar

23:37 - 07 Aprel
    34428 oxunma

FIFA koronavirus pandemiyasına görə qərarlar qəbul edib.

Bizimxeber.az xəbər verir ki, yeni qərarlara görə, mövsümün sonunda müqaviləsi başa çatacaq futbolçular və məşqçilərin müqaviləsi liqalar bitənə kimi qüvvədə qalacaq.

Bundan başqa, futbolçular və klublar oyunların keçirilmədiyi vaxt üçün maaş məsələsində razılaşmalıdırlar. Əgər tərəflər FIFA-ya müraciət edərsə, 5 maddəyə önəm veriləcək:

1) Klubun futbolçu ilə anlaşmağa çalışıb-çalışmamağı;
2) Klubun maliyyə durumu;
3) Futbolçuların müqavilələrində ediləcək dəyişikliyin əmsalı;
4) Futbolçunun anlaşmadan sonrakı gəliri;
5) Komandadakı futbolçularda eyni tələbin olub-olmamağı.

Qeyd edək ki, transfer pəncərələrinin də vaxtı dəyişdiriləcək. Hər çempionatda mövsümün startı və sonu nəzərə alınacaq. Tarixdə ilk dəfə edilmiş dəyişikliyin vaxtları gələn günlərdə açıqlanacaq.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi




Şərhlər



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC

Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev
 
  Bizimxeber_az@mail.ru 
  adil-1980@mail.ru

  Mobil və Whatsapp  -  (077) 611-44-00
                                        (050) 514-27-84