FIBA yarışların yeni tarixini açıqladı

20:31 - 09 Aprel
    19862 oxunma

Beynəlxalq Basketbol Federasiyası (FIBA) koronavirus pandemiyasına görə təxirə salınan bəzi beynəlxalq turnirlərin yeni təqvimini açıqlayıb.

Bizimxeber.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, kişilər arasında Avropa çempionatı 2022-ci ilin 1-18 sentyabrında keçiriləcək.

Olimpiya Təsnifat Turniri gələn il 22 iyun - 4 iyulda baş tutacaq. Qadınlar arasında Avropa çempionatı isə 17 - 27 iyunda olacaq.

FIBA Azərbaycan yığmasının iştirak edəcəyi kiçik dövlətlərin Avropa çempionatı ilə bağlı qərarını mayın 5-də verəcək.

Qeyd edək ki, sözügedən turnir bu il iyunun 28-dən iyulun 4-dək İrlandiyanın Limerik şəhərində keçirilməli idi. Azərbaycan Ermənistan, İrlandiya və Andorra yığmaları ilə birlikdə B qrupunda yer alıb.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi




Şərhlər



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC

Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev
 
  Bizimxeber_az@mail.ru 
  adil-1980@mail.ru

  Mobil və Whatsapp  -  (077) 611-44-00
                                        (050) 514-27-84