FHN yanğın və dağıntılarla bağlı açıqlama yaydı - Foto + Video

13:22 - 01 Oktyabr
    1740 oxunma

Ermənistan silahlı qüvvələrinin mülki əhalinin yaşayış sahələrini atəşə tutması yanğın və dağıntılara səbəb olub. Bizimxeber.az FHN-ə istinadən xəbər verir ki, beynəlxalq humanitar hüququn norma və prinsiplərini kobudcasına pozan Ermənistan silahlı qüvvələri Azərbaycanın mülki əhalisini atəşə tutmağa davam edir. 

Ermənistan ötən gün axşam və gecə saatlarında atdığı mərmi nəticəsində Naftalan rayonu Qaşaltı Qaraqoyunlu kəndində vətəndaşa məxsus evdə yanğın baş verib. Hadisə yerinə cəlb edilmiş Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələrinin operativ müdaxiləsi sayəsində evin bir hissəsi yanğından mühafizə olunub. 

Bundan başqa, Tərtər rayonu Səhləabad kəndində yerləşən, vətəndaşa məxsus təsərrüfat obyekti yanıb. Ərazi intensiv atəşə tutulduğundan yanğınsöndürmə qüvvələrinin söndürmə əməliyyatını başa çatdırması mümkün olmayıb.

Həmçinin, Tərtər rayonu qəbirstanlıq ərazisinə mərmi düşməsi nəticəsində qəbirstanlığın ərazisində başlayan yanğına ərazi atəşə tutulduğundan müdaxilə etmək mümkün olmayıb.

Qeyd edək ki, düşmənin artilleriya atəşləri nəticəsində müxtəlif obyektlərə, o cümlədən mülki obyektlərə, fərdi və çoxmənzilli yaşayış evlərinə, təsərrüfatlara, infrastruktur obyektlərinə dəyən ziyanın, zərbələr nəticəsində baş verən yanğınların dərhal aradan qaldırılması üçün Fövqəladə Hallar Nazirliyi gücləndirilmiş iş rejimində fəaliyyət göstərir.

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi

Şərhlər



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

[email protected];[email protected]
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84