Fəzail Ağamalı Tofiq Yaqublunu təhqir etdi - O erməni ilə bərabərdir, ondan da artıqdır

18:25 - 25 Dekabr
    1070 oxunma

Kim bu şərəf tarixini qiymətləndirirsə, o azərbaycanlıdır, kim qiymətləndirmirsə, o erməni ilə bərabərdir, ondan da artıqdır. İndi bəziləri bu qələbənin səviyyəsini, qiymətini, dəyərini aşağı salmağa çalışır. Tofiq Yaqublu kimiləri və sair".

Bizimxeber.az bildirir ki, bunu bunu Ana Vətən partiyasının sədri, millət vəkili Fəzail Ağamalı APA-ya müsahibəsində bildirib.

O qeyd edib ki, Tofiq Yaqublunu həbsxanadan çıxaran, ona humanistlik və böyük mərhəmət göstərən prezident İlham Əliyev olub. Deputatın fikrincə, İlham Əliyevin və Azərbaycan Ordusunun Tofiq Yaqublunun dəyərləndirməsinə ehtiyacı yoxdur: "Adamın içində şəxsi minnətdarlıq hissi olmaya bilər, bu, bir dəyərdir, hamıda olmur. Amma 2802 şəhidin ruhuna hörmət etmək onların qanı tökülmüş bu torpaqda yaşayan hər kəsin borcudur.

Bu qana, bu müharibəyə hörmət eləməyən adam bu millətdən ola bilməz. Doğrudur, Tofiq Yaqublunun söylədiyi fikir ictimai rəydə ciddi dəyər kəsb etmir. İlham Əliyevin bu 44 günlük müharibədə Ali Baş Komandan kimi xidmətləri tarix kitablarına yazılacaq. Bu gün bəlli olur ki, bu savaş dünyanın aparıcı hərbi strateqləri tərəfindən öyrənilməkdədir. Prezidentin, Ordunun ünvanına bu cür fikirlər səsləndirmək ən böyük vicdansızlıqdır.

Tofiq Yaqublu vicdansızlıq edir. Biz deyəndə ki, bunlar antimilli qüvvələrdir, bəziləri narahat olurdu. Bunlar bir mərkəzdən istiqamətləndirilən, milli olan, dəyərli olan hamıya, hər şeyə qarşı şər atan, qarayaxma həyata keçirən bir dəstə adamdı.

Tofiq Yaqublu Əli Kərimlinin ətrafında olan insandır. Əli Kərimli də milli maraqlara xidmət etməyən, özünün şəxsi, korporativ maraqlarını reallaşdırmağa çalışan və Tofiq Yaqublu kimi insanları da özünün köləsinə çevirən şəxsdir".

Bizimxeber.az

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi





Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84