. .

Fərhad Əliyevə yüksək vəzifə verildi - TƏYİNAT

23:36 - 31 Mart
    7220 oxunma

"Sumqayıt Texnologiyalar Parkı" MMC-nin (STP) 3 törəmə şirkətinə yeni direktor təyin edilib. 

İndiyə qədər "STP Alüminium" və "STP-AH" MMC-lərə rəhbərlik edən, Parkın keçmiş direktoru Rauf Atakişiyev bu vəzifələrindən də kənarlaşdırılıb, şirkətlərə rəhbərlik müvafiq olaraq Fərhad Əliyevə və Kunuralp Yurterə həvalə olunub.

Bundan başqa, "STP Global Cable” MMC-nin direktoru dəyişib. Bu vəzifədə İdris Mustafayevi Abdurrahman Gungor əvəz edib. STP-nin 4-cü törəmə şirkəti - "STP Metal Structures" MMC-nin direktoru Fərid Ağayev isə vəzifəsində saxlanılıb(report). 

Qeyd edək ki, "Sumqayıt Texnologiyalar Parkı" MMC-nin (STP) 3 törəmə şirkətinə yeni təyin olunan direktor Fərhad Əliyev sabiq iqtisadi inkişaf naziridir.

Bizimxeber.az

DAHA TEZ MƏLUMATLANMAQ ÜÇÜN FACEBOOK SƏHİFƏMİZİ



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84