Fatih Portakal danışdı

14:07 - 24 Avqust
    1405 oxunma

Fox TV aparıcı Fatih Portakalın istefa verməsi və təqaüdə çıxması barədə açıqlama yayıb. Açıqlamada “Fatih Portakal vəzifəsindən ayrılmaq qərarına gəldiyini və təqaüdə çıxmaq istəyini kanalımıza çatdırdı. Qərarına hörmətlə yanaşırıq. Yeni həyatında uğurlar diləyirik”,- deyə qeyd olunub.

Fox TV-dən sonra Portakal da istefası ilə bağlı açıqlama verib: “10 ildir qürurla işlədiyim və birlikdə yol getməkdən zövq aldığım “Fox Haber”i tərk etmək qərarına gəldim. Sadəcə “mən nə etmək istəyirəm?” sualına cavab axtardım.

Mənə daxili inqilab lazım idi. Karyera, tanınma, qazanc verilə biləcək şeylərdi. Sağlamlıq, əmin-amanlıq və ailə insanın yaşamaq səbəbləridir. Qərarı bu qədər dəqiq verdim. Bu il və bəlkə də sonralar ruhumu və bədənimi tarazlayacağam. Təbiətlə mümkün qədər bütünləşib dəyərini bilərək yaşayacağam. Salamat qalın”.

Bizimxeber.az

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi

Şərhlər



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84