Faiq Əmirli karantini pozduğuna görə cərimələndi

14:02 - 12 Dekabr
    2090 oxunma

Dekabrın 12-də keçirilən nəzarət-profilaktik tədbirlər nəticəsində paytaxtın Səbail rayonunda 20-ci sahədə epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozan bərbərxana aşkar olunub.

DİN Mətbuat Xidmətindən verilən məlumata görə, Səbail RPİ əməkdaşları tərəfindən keçirilən tədbirlərlə Bakı şəhər sakinləri - orada bərbər işləyən, 1984-cü il təvəllüdlü Alıyar Məmmədov və müştərisi 1973-cü il təvəllüdlü Faiq Əmirli saxlanılaraq barələrində qanunvericiliyə uyğun tədbir görülüb.

Onlar barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilməklə bərbər 400 manat, karantin qaydalarını pozan müştəri isə 200 manat məbləğində cərimə olunaraq sərbəst buraxılıblar.

Qeyd edək ki, F.Əmirli AXCP sədri Əli Kərimlinin köməkçisidir.

Bizimxeber.az

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi






Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84