.
.

“Facebook” niyə çökdü?

02:02 - 09 Aprel
    12880 oxunma


Azərbaycanda “Facebook” sosial şəbəkəsi çöküb. Hazırda sosial şəbəkənin xəbər lenti və messenceri işləmir.

Mobil tətbiqlərdə xəbər lenti görünsə də, yeniləmə mümkün deyil. Bundan başqa, istifadəçilər kompüter vasitəsi ilə də sosial şəbəkəyə daxil ola bilmirlər. Messencer vasitəsilə göndərilən mesajların heç biri ünvana çatmır. Problemin ölkədaxili, yoxsa ümumi olduğu hələlik müəyyənləşdirilməyib.

***

“Facebook” sosial şəbəkəsi öz işini bərpa edib. Hazırda həm xəbər lenti, həm də messencerdə məlumatlar əlçatandır.

Qeyd edək ki, problem təxminən yarım saat müşahidə olunub.

***

"Facebook"da yaranan problemlə bağlı DownDetector da məlumat yayıb. Bildirilir ki, istifadəçilərin 91% -i sosial şəbəkədən istifadə edə, 8% isə öz hesabına daxil ola bilməyib. 

DAHA TEZ MƏLUMATLANMAQ ÜÇÜN FACEBOOK SƏHİFƏMİZİ



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84