.
.

Evində meyiti tapılan qadın məktəb direktorudur - Yenilənib

11:24 - 15 Mart
    8280 oxunma


Xaçmaz rayonunda 1 nəfər evdə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. 

Bu barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub. Çağırış ünvanına cəlb olunan Şimal Regional Mərkəzinin xilasetmə qüvvələri evin giriş qapısını açıb və orada aşkarlanan 1976-cı il təvəllüdlü Hacıyeva Ülkər Vəliyyəddin qızının meyitini aidiyyəti üzrə təhvil veriblər.

***

Meyiti tapılan Hacıyeva Ülkər Vəliyyəddin qızı rayonun Alıcqışlaq kənd orta məktəbinin direktoru olub.

Onun dəm qazından boğularaq dünyasını dəyişdiyi bildirilir.  Bu barədə Alıcqışlaq kəndinin də daxil olduğu Qaraçaycek bələdiyyəsindən məlumat verilib. Bildirilib ki, 45 yaşlı direktor bu gecə vəfat edib.

Bizimxeber.az

DAHA TEZ MƏLUMATLANMAQ ÜÇÜN FACEBOOK SƏHİFƏMİZİ



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84