.
.

Evi tərk edən koronavirus xəstəsinə cinayət işi açıldı

13:25 - 12 İyul
    3684 oxunma


Sumqayıtda yaşadığı evi qanunsuz tərk edən daha bir aktiv koronavirus xəstəsi saxlanıb. Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları şəhərin inzibati ərazisində yaşadığı evi  qanunsuz olaraq tərk edən aktiv koronavirus xəstəsi aşkarlayıblar.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, məlum olub ki, aktiv koronavirus xəstəsi Sumqayıt şəhər 9-cu mikrorayonda yaşayan 1978-ci il təvəllüdlü Bağırov Rövşən Xürrəm  oğludur. Dərhal əraziyə təcili tibbi yardım avtomobili çağrılıb.

 Qeyd edək ki Bağırov Rövşən Xürrəm  oğlu barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139.1-1-ci maddəsi ilə Cinayət işi açılıb.İstintaq tədbirləri davam etdirilir. Həmin şəxs polisin nəzarətinə götürülüb.




Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84