“Eurovision” 2021-ci ildə bu şəhərdə keçiriləcək - Video

10:52 - 17 May
    2160 oxunma

“Eurovision” beynəlxalq mahnı müsabiqəsinin 2021-ci ildə keçiriləcəyi şəhər açıqlanıb. Təşkilatçılar belə qənaətə gəliblər ki, bu il koronavirusa görə ləğv edilmiş “mahnı turniri” Rotterdamda, yalnız bir il sonra keçiriləcək.

Qeyd olunur ki, Niderland hökuməti hazırlıq tədbirlərinin əksəriyyətini başa vurub,  buna görə də şəhər pandemiyadan sonra müsabiqəni qəbul etməyə hazır olacaq.

Xatırladaq ki, “Eurovision” tarixində ilk dəfə bu il baş tutmalı olan müsabiqə koronavirus pandemiyası səbəbindən növbəti il keçiriləcək.

Ötən gün isə dünyanın 46 ölkəsində, o cümlədən Azərbaycanda xüsusi televiziya şousu nümayiş etdirilib. “Eurovision: Avropa Shine a Light” adlı proqramda müsabiqə iştirakçıları çıxış edib. Azərbaycanı müğənni Samirə Əfəndi “Cleopatra” mahnısı ilə təmsil edib.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi




Şərhlər



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC

Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev
 
  Bizimxeber_az@mail.ru 
  adil-1980@mail.ru

  Mobil və Whatsapp  -  (077) 611-44-00
                                        (050) 514-27-84