Etirazlara baxmayaraq maska ilə bağlı cərimələrin artırılması təsdiq edildi - 600 manat
-
1030 oxunma
.jpg)
Epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı hüquqi və vəzifəli şəxslərə tətbiq edilən cərimələrin miqdarının artırılması təklif edilir.
Bizimxeber.az bildirir ki, bununla bağlı İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklik Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılıb. Dəyişikliyə görə, epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə vəzifəli şəxslər 300 manat məbləğində, hüquqi şəxslər 600 manat məbləğində cərimə ediləcək.
Qeyd edək ki, məcəllənin hazırki variantında isə vəzifəli şəxslər 200 manat məbləğində, hüquqi şəxslər 400 manat məbləğində cərimə edilir. Fiziki şəxslərə tətbiq edilən 100 manatlıq cərimə isə olduğu kimi qalacaq.
Dəyişiklik layihəsi birinci oxunuşda səsə qoyularaq qəbul edilib.
Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmiziHaqqımızda
“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev
Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp - (077) 611-44-00; (050) 514-27-84