Əsirlikdə işgəncə görən Bayramaın əlilliyi qiymətləndiriləcək

16:32 - 08 Fevral
    12280 oxunma

SİZİN REKLAM YERİNİZ
SİZİN REKLAM YERİNİZ

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları Vətən Müharibəsi iştirakçısı, ötən ilin dekabr ayında Ermənistanın əsirliyindən azad edilən Kərimov Bayram Yaşar oğlunu (Gəncə şəhəri) evində ziyarət ediblər.

Bizimxeber.az bildirir ki, ailənin sosial vəziyyəti öyrənilərkən qazinin atasının hazırda işlədiyi, qardaşının da artıq işə başlamaq ərəfəsində olduğu müəyyən olunub. Əmək qabiliyyətli digər ailə üzvlərinin məşğulluq məsələlərinin həlli məqsədilə ailə özünüməşğulluq proqramına cəlb olunub. Proqram çərçivəsində onlar üçün kiçik ailə müəssisəsi yaradılacaq.

Əsirlikdə olarkən işgəncələrə məruz qalmış Bayramın əlilliyinin qiymətləndirilməsi də nəzərdə tutulur. Əlillik dərəcəsi təyin edildiyi halda birdəfəlik sığorta ödənişi, aylıq sosial ödənişlərlə təmin olunacaq. Bundan əvvəl isə Nazirliyin dəstək tədbirləri çərçivəsində qazinin özü və ailə üzvləri sosial-psixoloji dəstəklə də əhatə olunub. Ailənin yaşayışı bundan sonra da diqqətdə saxlanacaq.

Bizimxeber.az

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84