Əsir düşən erməni silahlılarından biri din xadimi imiş - Video

17:25 - 30 Oktyabr
    2560 oxunma

Hərbi əməliyyatlar zamanı əsir düşmüş erməni silahlılarından birinin din xadimi olduğu məlum olub.  Ermənistanın Gümrü şəhəri Adventist kilsəsinin pastoru Hovsep Sahakyan Araratoviç din xadimi olması ilə bağlı etirazlarına baxmayaraq silahlandırılaraq Azərbaycanın işğal altındakı ərazilərinə gətirilib Qubadlı rayonunda döyüşlərə cəlb edildiyini bildirir. 

Hovsep Sahakyan Youtube və digər sosial şəbəkələrdə yayılmış dini moizələri və rəhbərlik etdiyi dini ayinlərlə bağlı videomateriallarla tanınır. Bildirək ki, adventist kilsəsi müharibəyə qarşı çıxan, sülhü təlqin edən bir kilsədir. Belə bir kilsənin pastorunun zorla döyüşlərə cəlb edilməsi Ermənistan ordusunda olan acınacaqlı vəziyyətin növbəti təzahürüdür. Qeyd edək ki, bundan əvvəl azyaşlı uşaqlar, qadınlar və yaşlılar da Ermənistan ordusunda döyüşlərə cəlb edilib.

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi
Loading...



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84