“Ərzaqların qiyməti qalxıb, maaş artımı isə xeyli aşağıdır”
-
6800 oxunma

“Dünyanın hər yerində idman kompleksləri açıqdır. Ancaq bizdə idman zalları hələ də bağlıdır. Zallarda az adam olur, niyə bağlı olmalıdır ki?!”. Bunu deputat Fazil Mustafa parlamentdə deyib.
O qeyd edib ki, sərt karantin dövründə ayaqqabı dükanını bağlayırlar: “Halbuki ora gündə 3-5 adam girə, ya girməyə. Bu gün tikinti materiallarının qiyməti 30-40 faiz qalxıb. Ərzaqların qiyməti artıb. Əmək haqlarının qalxması isə ondan xeyli aşağıdır.
Bu gün idman zallarında çalışan insanların çoxu acından ölür. Yüzlərlə insanın taleyini belə başlı- başına buraxa bilmərik”.
Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmiziHaqqımızda
“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev
Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp - (077) 611-44-00; (050) 514-27-84