.
.

Ərzaq məhsullarında bahalaşma - RƏQƏMLƏR

14:17 - 15 Mart
    8920 oxunma


2021-ci ilin fevral ayında ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 102,1 faiz, əvvəlki ilin fevral ayına nisbətən 105,2 faiz təşkil edib.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, bu dövrdə əvvəlki aya nisbətən bahalaşma daha çox ayrı-ayrı ərzaq məhsullarında qeydə alınıb.

Belə ki, unun, manna və  qarabaşaq yarmasının, makaron məmulatlarının, peçenyenin, vaflinin, toyuq ətinin, təzə və dondurulmuş balığın, südün, yoqurtun, xamanın, kəsmiyin, pendirin, yumurtanın, kərə və bitki yağlarının, limonun, portağalın, naringinin, bananın, almanın, armudun, heyvanın, narın, xurmanın, fındığın, şabalıdın, kələmin, xiyarın, pomidorun, balqabağın, bibərin, badımcanın, kartofun, soğanın, sarımsağın, şəkər və şəkər tozunun, şokolad məmulatlarının, çayın, kola içkisinin, meyvə şirəsinin və arağın qiymətlərində baş verib.  

Ucuzlaşma isə əsasən mal və qoyun ətinin qiymətlərində müşahidə olunub. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

Cari dövrdə qeyri-ərzaq məhsulları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,3 faiz, əvvəlki ilin fevral ayına nisbətən 103,7 faiz təşkil edib. Daha çox bahalaşma sulu boyaların, divar kağızlarının, kəsilmiş taxtaların, sementin, kərpicin, zərgərlik məmulatlarının qiymətlərində də müşahidə olunub. Digər qeyri-ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

Bizimxeber.az

DAHA TEZ MƏLUMATLANMAQ ÜÇÜN FACEBOOK SƏHİFƏMİZİ



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84