Ermənistanın yeni səhiyyə naziri bu ola bilər
-
5480 oxunma

Prezident Armen Sarkisyan baş nazir Nikol Paşinyandan səhiyyə naziri vəzifəsinə qurumun rəhbərinin müavini Anait Avanesyanın təyin edilməsi təklifini alıb. BizimXeber.az bildirir ki, bu barədə “Sputnik Ermənistan” nəşrinə prezidentin köməkçisi Asmik Petrosyan bildirib. "Təklif alınıb, amma hələlik imzalanmayıb", - deyə o bildirib.
Bu gün Arsen Torosyanın səhiyyə naziri vəzifəsindən getdiyi məlum olub. Torosyanın tezliklə istefaya gedəcəyi haqda şayiələr artıq bir neçə gündür ki, Ermənistan KİV-də yayılıb. Bununla belə, Səhiyyə Nazirliyində bu məlumatı dəfələrlə təkzib ediblər. KİV-lər Torosyanın Eduard Ağacanyanın yerinə hökumət aparatının rəhbəri təyin olunacağı barədə də məlumat veriblər.
Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmiziHaqqımızda
“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev
Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp - (077) 611-44-00; (050) 514-27-84