Ermənistanın S-300-ü məhv edildi

19:43 - 27 Sentyabr
    900 oxunma

Azərbaycan ordusunun kamikadze-dronu Qarabağda Ermənistan ordusunun S-300 zenit-raket kompleksini məhv edib. Virtualaz.org hərbi qaynaqlara istinadən xəbər verir ki, beləliklə işğal edilmiş ərazilərimiz üzərində hava məkanı Azərbaycan Hərbi Hava Qüvvələri üçün açıqdır.

Bundan əvvəl bəlli idi ki, Ermənistan ordusu S-300 komplekslərinin bir diviziyonunu Qubadlı ərazisində, bilavasitə sərhədə yaxın yerləşdirmişdi.

Belə ki, ordumuz səhər saatlarında, hücumun əvvəllərində işğalçı qüvvələrin hava hücumundan birinci müdafiə eşalonunda dayanan “Osa” zenit-raket komplekslərinin əksəriyyətini məhv edib.

Bizimxeber.az

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi

Şərhlər



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

[email protected];[email protected]
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84