“Ermənistanın real itkilərini bir müddət sonra biləcəyik”

11:42 - 21 İyul
    1510 oxunma

“Düşmən tərəfinin itkilərinin 100-lərlə olduğu bildirilir. Aprel döyüşlərində olduğu kimi, Ermənistan döyüş itkilərini ictimaiyyətdən yenə gizlədib”.  Bunu Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı deyib.

Onun sözlərinə görə, yəqin ki, bir müddətdən sonra onlar itkilərini mütəmadi olaraq müxtəlif adlar adı altında ortaya çıxaracaqlar: “Real itkiləri bir müddətdən sonra biləcəyik. Onu bildirim ki, heç bir ərazi itkisinə yol verilməyib.

Bir məsələni qeyd edim ki, bir sıra KİV nümayəndəsi döyüşlərdə yaralanmış hərbi qulluqçuları ziyarət etmək istəyir. Bildirim ki, hazırda karantin rejimiylə əlaqədar hərbi müəssisəyə daxil olmaq qadağan olunub”.

Bizimxeber.az

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi

Şərhlər



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84