Ermənistanın Ordubada raket atması ilə bağlı Türkiyə XİN-dən

17:48 - 16 Oktyabr
    1090 oxunma

Türkiyə Xarici İşlər Nazirliyi Ermənistan silahlı qüvvələrinin Naxçıvan Muxtar Respublikasının Ordubad rayonuna raket zərbəsini qınayan bəyanat yayıb. “Qafqazinfo” xəbər verir ki, bəyanatda deyilir: “Ermənistan silahlı qüvvələrinin işğal altındakı Qubadlı rayonundan Azərbaycanın Naxçıvan Muxtar Respublikasının Ordubad rayonuna raket hücumunu şiddətlə qınayırıq.

Ermənistanın işğal altındakı torpaqlarda uğradığı məğlubiyyətlər səbəbindən gündən-günə daha da aqressivləşdiyi görülür. Ortaq sərhədimiz olan Naxçıvan Muxtar Respublikasına yönəlmiş hücum münaqişəni Ermənistanın işğalı altında olan Azərbaycan ərazilərindən kənara çıxarmaq səyinin yeni və təhlükəli nümunəsidir. Ermənistan bu təhlükəli təxribatlarından əl çəkməlidir.

Humanitar atəşkəsi pozan Ermənistan mülki şəxslərə hücum edərək hərbi cinayət törədir, indi də münaqişəni başqa müstəviyə keçirməyə cəhd edir. Ermənistan bu aqressiv hərəkətlərinin nəticələrini yaxşı düşünməlidir.

Can Azərbaycanla və azərbaycanlı qardaşlarımızla həmrəyliyimiz hər zaman tam olacaq”.

Qeyd edək ki, Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Qubadlı rayonu ərazisindən oktyabrın 15-də saat 10:44-də atdığı əməliyyat-taktiki raket Naxçıvan Muxtar Respublikasının Ordubad rayonu ərazisində partlayıb. 

Bizimxeber.az

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi
Loading...



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84