. .

Ermənistanın müharibədəki itkiləri 9 minə yaxınlaşır

10:56 - 13 Aprel
    11016 oxunma

İkinci Qarabağ müharibəsi nəticəsində Ermənistanın verdiyi canlı qüvvə itkisi 8.5 min nəfərə çata bilər.

Bizimxeber.az bildirir ki, bu barədə "Yerevan Speaks” "Telegram” kanalı məlumat yayıb. Kanal qeyri-müəyyən mənbəyə istinadən bildirib ki, son müharibə zamanı Ermənistan tərəfindən 8472 nəfər ölüb, 13 min nəfər yaralanıb, 3 000 nəfər itkin, 500 nəfər isə əsir düşüb.

Qeyd olunub ki, hələ 2020-ci ilin noyabr ayında Ermənistanın Vatikandakı səfiri Mikael Manukyan hərbi əməliyyatlarda 4750 nəfərin öldüyünü bildirmişdi.

Ölkənin Müdafiə Nazirliyinin martın 31-nə olan son məlumatında isə ölənlərin sayı 3049 nəfər göstərilib. Həmçinin 3723 cəsəd və qalıqların tibbi ekspertizasının başa çatdığı bildirilib.

DAHA TEZ MƏLUMATLANMAQ ÜÇÜN FACEBOOK SƏHİFƏMİZİ



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84